“Google”un yeni patenti – axtarış artıq fərqli işləyəcək?

“Google” 2024-cü ildə təqdim etdiyi “Thematic Search” patenti ilə süni zəka əsaslı axtarışda yeni mərhələyə keçir. Artıq nəticələr mövzular üzrə qruplaşdırılır və xülasə ilə təqdim olunur.

04.06.25 - 09:06
 0  9
“Google”un yeni patenti – axtarış artıq fərqli işləyəcək?
“Google”un “Query Fan-Out” texnologiyasına dair illüstrasiya @searchenginejournal.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

“Google”un yeni patenti axtarışı dəyişir – nəticələr artıq mövzularla gələcək

“Search Engine Journal”-ın məlumatına görə, “Google”un 2024-cü ildə təqdim etdiyi “Thematic Search” patenti süni zəka ilə işləyən tematik axtarış sistemini təsvir edir.

Yeni texnologiya bir sorğunu alt-mövzularda bölərək, nəticələri kateqoriyalar üzrə xülasə formasında təqdim edir. Bəs bu nə deməkdir?

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Ənənəvi sıralama əvəzinə nəticələr mövzuya görə qruplaşdırılır və hər biri üçün AI tərəfindən yaradılmış qısa xülasə göstərilir. İstifadəçilər bu xülasələrə əsasən yönləndirilir, nəticə olaraq ilk sıradakı sayt deyil, mövzuya uyğun sayt klik qazana bilər.

Xülasələr müxtəlif səhifələrin məzmununa əsaslanır və sənəd başlıqları, metatəsvirdən istifadə olunur. Bu isə SEO və kontent strategiyasını kökündən dəyişə bilər.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.