Fransa ilk dəfə Rusiyanı uzunmüddətli kiberhücumlarda ittiham etdi
Fransa hökuməti Rusiyanı on ildən çoxdur davam edən kiberhücumlarda ittiham edib. Hədəfdə – dövlət qurumları, banklar və Olimpiya təşkilatçıları var.

Fransa ilk dəfə Rusiyanı uzunmüddətli kiberhücumlarda rəsmi olaraq ittiham etdi
“Ferra.ru”-ya istinadən “Mediahub.az” xəbər verir ki, Fransa hökuməti ilk dəfə olaraq Rusiya tərəfindən on ildən artıq müddətdə həyata keçirilən kiberhücumlara dair açıq ittiham irəli sürüb.
Rəsmi Paris bildirir ki, bu hücumların məqsədi informasiya oğurluğu və cəmiyyətdə çaşqınlıq yaratmaq olub. İddialara görə, hücumların arxasında Rusiyanın kəşfiyyatla əlaqəli olan “APT28” və ya “Fancy Bear” adlı haker qrupu dayanır.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Xüsusilə 2017-ci ildə prezident Emmanuel Makronun seçki öncəsi e-poçt yazışmalarının sızdırılması bu qrupun adı ilə əlaqələndirilir. Hökumət bu aktların ictimai rəyə təsir və panika yaratmaq məqsədi daşıdığını bildirir.
Fransa kiberhücumların 2021-ci ildən sonra daha intensivləşdiyini qeyd edir. Hücumların hədəfində dövlət orqanları, banklar, aerokosmik və müdafiə şirkətləri, həmçinin Olimpiya oyunlarının təşkilatçıları və media qurumları olub.
Ekspertlər bu addımın Fransa-Rusiya münasibətlərinə yeni gərginlik mərhələsi əlavə edə biləcəyini istisna etmir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






