«Ford Fiesta» Avropaya qayıdır? Brendin ikonik modeli yenidən istehsal oluna bilər
«Ford» brendinin ikonik «Fiesta» modeli Avropa bazarına qayıda bilər. Məlumatlara görə, «Focus» modeli də tezliklə yenidən istehsal olunacaq. Hər iki model «Volkswagen»in MEB platformasında hazırlanacaq.

«Ford Fiesta» Avropaya qayıdır? Brendin ikonik modeli yenidən istehsal oluna bilər
«Car and Driver» məlumatına görə, «Ford» brendi Avropa bazarı üçün «Fiesta» modelini yenidən buraxmaq planlaşdırır. Eyni zamanda, bu il istehsalı dayandırılacaq «Focus» modeli də tezliklə geri qayıda bilər.
Hər iki modelin «Volkswagen»in MEB platformasında istehsal olunması gözlənilir. Maraqlıdır ki, bu platforma artıq Avropada satılan «Ford Explorer» və «Capri» modellərində istifadə olunub.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
«Ford»un Almaniya, Avstriya və İsveçrə üzrə xidmət təşkilatının rəhbəri Kristof Herr bildirib ki, şirkət rəhbərliyi hibrid və elektrik modellərinə investisiya qoymağı təsdiqləyib.
Bəs bu modellər ABŞ bazarına qayıdacaqmı? Mütəxəssislər bunun çox az ehtimal olduğunu qeyd edirlər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






