Ford böhranı dərinləşir: Mondeo şikayətləri, Bronco tənqidləri, satışlar düşür!
Çində yüzlərlə Mondeo sahibi infoteyment problemlərinə görə Ford-a kollektiv şikayət verib. Şirkətin satışları da kəskin düşüb.
Ford-un Çində böhranı dərinləşir - Mondeo sahibləri kütləvi şikayətə başlayıb
«CarNewsChina» xəbər verir ki, Çində Ford ətrafında narazılıq artıb və yüzlərlə Mondeo sahibi 2022-2025 buraxılış modellərindəki ciddi infoteyment nasazlıqlarına görə şirkətə kollektiv şikayət göndərib.
Sahiblər sistemlərin donduğunu, çökdüyünü və sürüş zamanı təhlükə yaratdığını deyirlər. Hətta yolda gedərkən ekranın tam sönməsi ilə bağlı şikayətlər də var. Bəs bu vəziyyət nə qədər davam edə bilər?
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
360-dan çox Mondeo sahibi köhnə Qualcomm 820A çipinin zəif olduğunu, naviqasiya və səsli idarəetmənin tez-tez sıradan çıxdığını bildirir. Üstəlik, Ford-un vəd etdiyi OTA yeniləmələrinin yerinə, nə CarPlay, nə CarLife, nə də HiCar mövcud deyil - yalnız Ford-un öz tətbiqi, o da istifadəçilərin sözlərinə görə, etibarsızdır.
Ford Çin müştəri xidməti açıqlayıb ki, köhnə modellərin yeni Mondeo ilə eyni avadanlığa malik olmaması səbəbindən yeniləmələr mümkün deyil.
Ford-un çətinlikləri təkcə Mondeo ilə bitmir. Yeni təqdim edilən Ford Bronco PHEV də mübahisələr yaradıb. Rəqiblər modelin dizaynının Jetour Traveller-i xatırlatdığını, üstəlik reklam edilən bir toxunuşla qaldırılan dam və çarpayı funksiyalarının baza komplektasiyasında olmadığını deyirlər.
Ford Çin-in prezidenti Vu Şenqbo ilin əvvəlində açıq şəkildə bildirib ki, «əgər Ford Çin bir vaxtlar reanimasiyada idisə, indi artıq intensiv terapiyadadır». Rəqəmlərə baxanda bu sözlər təsadüfi görünmür: 2016-cı ildə 1,27 milyon olan satışlar 2024-cü ildə 442 minə düşüb.
Şirkət uzun müddətdir iki ortaq müəssisə - Changan Ford və JMC Ford arasında daxili rəqabətlə də mübarizə aparırdı. Sentyabrda kanal qarışıqlıqlarını aradan qaldırmaq üçün Şanxayda yeni Ford Sales and Services Company yaradıldı.
Ancaq yeni strukturlaşmaya baxmayaraq, nəıqə model uğuru, nə də yeni enerji avtomobillərində irəliləyiş var. Bir sözlə, Ford-un Çin bazarında bərpası hələ də böyük sual altındadır.
Bu xəbəri necə dəyərləndirirsiniz?

