Exynos 2600 Galaxy S26 üçün rəsmi təsdiqləndi
Samsung Exynos 2600 çipini rəsmi təsdiqlədi: 2 nm proses, daha səmərəli performans və Galaxy S26 modelləri üçün yeni nəsil imkanlar.
Samsung Exynos 2600-ı rəsmi olaraq təsdiqlədi - Galaxy S26-ya hansı yeniliklər gəlir?
«SammyFans» məlumatına görə, Samsung uzun müddətdir gözlənilən Exynos 2600 çipini rəsmi tizerlə təsdiqləyib. Şirkət bildirib ki, bu çip Galaxy S26 və S26 Plus modellərinə güc verəcək, Ultra versiya isə yenə Snapdragon istifadə edəcək.
Bu, Samsung-un ilk 2 nm Exynos prosessorudur. Şirkət tizerdə «we listened» deməklə illərdir səslənən performans və səmərəlilik tənqidlərinə cavab verdiyini göstərib. Yeni çip «refined at the core» və «optimized at every level» kimi ifadələrlə təqdim olunub və xüsusi HPB istilik idarəetmə texnologiyası ilə vurğulanıb.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Exynos 2600 əsasən qurğu daxilində süni zəka əməliyyatları, enerji səmərəliliyi və oyun performansının yaxşılaşdırılmasına fokuslanır. Bir sözlə, əvvəlki nəsildəki qızma və enerji sərfiyyatı problemlərinin qarşısını almağa çalışır.
Sızmalara görə çip 10 nüvəli quruluşa malikdir: 1 Cortex-X Prime, 3 yüksək performanslı və 6 səmərəli nüvə. AMD ilə birgə hazırlanan Xclipse 960 GPU isə şüa izləmə funksiyası ilə ciddi güclənib.
NPU-nun performansı əvvəlki nəsillərə nisbətən xeyli artırılıb. Effektivlik baxımından 2 nm istehsal prosesi mühüm rol oynayır və sızmalara əsasən çip Geekbench testlərində yüksək nəticələr göstərir.
Əslində sual hələ açıq qalır: bütün bu göstəricilər real cihazda necə hiss olunacaq? Bunu isə Galaxy S26 seriyası satışa çıxanda görəcəyik.
Bu xəbəri necə dəyərləndirirsiniz?

