“Duolingo” süni zəka ilə 148 yeni kurs təqdim etdi – işçilər isə narazıdır
“Duolingo” 148 yeni kursu süni zəka ilə hazırlayıb istifadəyə verdi. Lakin şirkətin insan tərcüməçiləri süni zəka ilə əvəz etməsi sosial mediada etiraz doğurub.

“Duolingo” süni zəka ilə 148 yeni kurs təqdim etdi – etirazlar da gecikmədi
“TechCrunch”-a istinadən “Mediahub.az” xəbər verir ki, “Duolingo” süni zəka ilə hazırlanmış 148 yeni dil kursunu istifadəyə verib.
Şirkətin rəhbəri Luis fon Ahn bildirib ki, bu, “Duolingo” tarixində ən böyük kurs genişlənməsidir. “100 kursu hazırlamaq bizə 12 il vaxt apardı, indi isə cəmi 1 ilə 150-yə yaxın kurs hazırlaya bildik” – deyə o qeyd edib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Ancaq bu yenilik sosial mediada birmənalı qarşılanmayıb. Səbəb? Şirkət eyni zamanda podratçı tərcüməçiləri süni zəka ilə əvəz edəcəyini açıqlayıb və “AI-first” strategiyasına keçdiyini bəyan edib.
İstifadəçilər tətbiqin keyfiyyətinin düşdüyünü, süni zəka tərəfindən yaradılan məzmunun isə bəzən səhv və anlaşılmaz olduğunu bildirirlər. Bəzi istifadəçilər artıq tətbiqi siliblər və boykot çağırışı edirlər.
Yeni süni zəka kursları əsasən başlanğıc səviyyəli öyrənənlər üçün nəzərdə tutulub. Burada “Stories” (oxu anlama) və “DuoRadio” (dinləmə bacarıqları) kimi interaktiv bölmələr mövcuddur. Gələcək aylarda daha irəli səviyyəli məzmunun əlavə olunacağı bildirilir.
Fon Ahn yazdığı daxili məktubda qeyd edib: “Əgər süni zəka ilə bu sürətdə məzmun hazırlamaq mümkündürsə, bunu etməliyik. İstifadəçilərimiz bu məzmuna ASAP ehtiyac duyur.”
Bu xəbəri necə dəyərləndirirsiniz?






