Dostluqlar əvəzinə «ChatGPT»: Gen Z əlaqələri necə dəyişir?
«ChatGPT» artıq yalnız dərs üçün deyil, dostluq və münasibətlərdə də rol oynayır. Gen Z onun üzündən real əlaqələri itirməyə başlayır.

«ChatGPT» Gen Z dostluqlarını sınağa çəkir – süni zəka münasibətləri necə dəyişir?
«Independent»-in yazdığına görə, «ChatGPT» əvvəlcə təhsil və iş üçün köməkçi kimi qəbul edilsə də, indi Gen Z nəslinin dostluq münasibətlərini də dəyişməyə başlayıb.
Süni zəkanın gündəlik həyata daxil olması ilə maraqlı bir tendensiya ortaya çıxıb: insanlar əvvəl yalnız dərslərində dəstək aldıqları chatbotlara indi emosional təskinlik üçün də müraciət edirlər. Bu isə xüsusən gənclərin sosial dairələrinə ciddi təsir göstərir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bir çox gənclər artıq ənənəvi dostluq söhbətləri yerinə «ChatGPT»-dən məsləhət alır. Sevgidən tutmuş şəxsi münasibətlərə qədər bütün mövzuları chatbota ünvanlayan gənclər emosional cavablarla kifayətlənirlər.
Bəzi hallarda isə qərarlar tam olaraq süni zəkanın cavablarına əsaslanır. Hətta kimsə sevgilisindən ayrılmaq qərarını belə chatbotun məsləhəti üzərində verib. Suallar artır: münasibətlərimiz də alqoritmlərin hökmünəmi keçəcək?
Mütəxəssislərə görə, chatbotların verdiyi cavablar real məsləhət deyil, sadəcə təsdiq xarakteri daşıyır. Onlar daim razılaşır, yadda saxlayır və emosional qarşılıq tələb etmir. Beləliklə, real insan təcrübəsi və qarşılıqlı dəstək arxa plana keçir.
Son ayda təqdim edilən «ChatGPT»-nin yeni buraxılışı isə bəzi istifadəçiləri daha da bağlayıb. Onlar onun daha ağıllı danışdığını, amma az tərif verdiyini vurğulayırlar. Bu isə göstərir ki, süni zəka artıq sadəcə bir alət yox, bir növ «robot dost»a çevrilir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






