Cloudflare 29.7 Tbps DDoS hücumunu zərərsizləşdirdi - AISURU botneti ifşa edildi
Cloudflare 29.7 Tbps gücündə rekord DDoS hücumunu zərərsizləşdirdiyini açıqladı. Hücumun AISURU botnetindən qaynaqlandığı bildirildi.
Cloudflare 29.7 Tbps-lik rekord DDoS hücumunu zərərsizləşdirdiyini açıqladı
«The Hacker News» məlumatına görə, Cloudflare dünyanın indiyədək qeydə alınmış ən böyük DDoS hücumunu - 29.7 Tbps gücündə kiberhücumu dəf edib. Hücum cəmi 69 saniyə davam edib və AISURU adlı icarəyə verilən botnetdən qaynaqlanıb.
Şirkət bildirib ki, AISURU botnetinin 1-4 milyon arasında yoluxmuş qurğu üzərində qurulduğu güman edilir. Bu botnet son aylarda telekommunikasiya, oyun sənayesi, hostinq və maliyyə xidmətlərini hədəfə almışdı. Hətta Cloudflare eyni şəbəkədən gələn 14.1 Bpps-lik başqa bir hücumu da dayanıdırıb.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
29.7 Tbps-lik hücum UDP «carpet bombing» texnikası ilə aparılıb və saniyədə təxminən 15 min hədəf porta zərbə vurub. Paketlərin müxtəlif parametrlərlə dəyişdirilməsi müdafiə sistemlərindən yayınmaq məqsədi daşıyırdı. Bir sözlə, kifayət qədər aqressiv hücum idi.
Bu ilin əvvəlindən Cloudflare AISURU mənbəli 2867 hücumu bloklayıb, onlardan 1304-ü təkcə 2025-ci ilin üçüncü rübündə baş verən hiperhəcmli hücumlar olub. Ümumilikdə 8.3 milyon DDoS hücumu zərərsizləşdirilib ki, bu da ötən rüblə müqayisədə 15 faiz, keçən illə müqayisədə isə 40 faiz artım deməkdir.
Şirkətin açıqladığı digər məlumatlara görə, 2025-ci ildə ümumilikdə 36.2 milyon DDoS hücumu qarşısı alınıb. Onlardan 1304-nün gücü 1 Tbps-i keçib. Maraqlıdır ki, 100 milyon paket/saniyəni aşan hücumların sayı rüblük müqayisədə 189 faiz artıb.
Asiya ölkələri - İndoneziya, Tayland, Banqladeş, Vyetnam, Hindistan, Honq Konq və Sinqapur - hücum mənbələrinin ilk onluğunda üstünlük təşkil edir. Digər üç mənbə Ekvador, Rusiya və Ukraynadır.
2025-ci ilin üçüncü rübündə mədən və metallurgiya sektoru hücumların hədəfi olan sahələr arasında sürətli artım göstərib. Avtomobil sənayesi isə hücumların kəskin çoxalması ilə altıncı yerdə qərarlaşıb. Süni zəka şirkətlərinə qarşı hücum trafiki sentyabrda 347 faiz yüksəlib.
Cloudflare bildirib: «Artıq elə bir dövrə qədəm qoymuşuq ki, DDoS hücumları həm ölçü, həm də mürəkkəblik baxımından illər əvvəl təsəvvür etdiyimizdən qat-qat irəli gedib». Əslində bu sual hələ açıq qalır: təşkilatlar bu təhdidlərin sürətinə çatacaqmı?
Bu xəbəri necə dəyərləndirirsiniz?

