Ceyms Uebb teleskopu uzaq qalaktikada «həyatın donmuş izlərini» aşkar etdi
NASA-nın Ceyms Uebb teleskopu tarixdə ilk dəfə Süd Yolu xaricində, gənc ulduz ətrafında donmuş üzvi molekullar aşkarlayıb.
Ceyms Uebb teleskopu uzaq qalaktikada «həyatın donmuş izlərini» aşkar etdi
«Notebookcheck» yazır ki, NASA-nın Ceyms Uebb Kosmik Teleskopu (JWST) alimləri heyrətləndirən yeni kəşfə imza atıb. Müşahidələr zamanı uzaq qalaktikada yerləşən gənc bir ulduzun ətrafında donmuş üzvi molekullar aşkarlanıb.
ST6 adlı protouduzun - yəni formalaşmanın ilkin mərhələsində olan ulduzun - tədqiqatı zamanı alimlər karbon əsaslı birləşmələr tapıblar. Bu ulduz Yer kürəsindən təxminən 163 min işıq ili uzaqda olan Böyük Maqellanik Buludunda yerləşir.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Tədqiqatı Merilend Universitetindən Marta Sevilo rəhbərliyindəki qrup aparıb. Onlar teleskopun MIRI (Orta infraqırmızı alət) qurğusundan istifadə edərək, kompleks üzvi molekulların ulduzarası buzun tərkibində olduğunu müəyyən ediblər. O bölgə məşhur Tarantul Dumanlığına yaxın sahədədir - ulduzların intensiv doğulduğu kosmik «zavod» kimi tanınır.
Bu, Ceyms Uebb teleskopu üçün misilsiz uğurdur - ilk dəfə Süd Yolu xaricində həyatın əsasını təşkil edən maddələr aşkarlanıb. Əvvəlki tapıntılar yalnız öz qalaktikamızla məhdud idi.
Alimlər bildirirlər ki, bu kəşf ulduz yaranan bölgələrin kimyəvi mürəkkəbliyini daha dərindən anlamağa imkan verəcək. Qeyd olunur ki, ilkin analizlərdə qlikolaldehid adlı şəkərvari birləşmə də aşkar edilib - o, RNA üçün həyati əhəmiyyətli ribozanın ilkin forması sayılır.
Bir sözlə, Ceyms Uebb təkcə kosmosu deyil, həyatın başlanğıcını da işıqlandırır.
Bu xəbəri necə dəyərləndirirsiniz?

