BYD Song Ultra elektrik avtomobil krossoveri Çində əvvəlcədən satışa çıxarılıb
BYD Song Ultra elektrik avtomobil krossoveri Çində əvvəlcədən satışa çıxarılıb. Başlanğıc qiymət 155 min yuan, yürüş isə 710 km-ə çatır.
BYD Song Ultra elektrik avtomobil krossoveri Çində əvvəlcədən satışa çıxarılıb
«carnewschina.com» məlumatına görə, BYD Song Ultra elektrik avtomobil krossoveri Çində əvvəlcədən satışa çıxarılıb və başlanğıc qiymət 155 min yuan, təxminən 22 min 470 ABŞ dollarıdır.
Modelin arxa oxunda 270 kilovat gücündə elektrik mühərriki var, maksimal yürüş göstəricisi isə 710 kilometrdir. Avtomobilin 70 faizə qədər şarjı 5 dəqiqəyə dolduğu qeyd olunur.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Song Ultra elektrik avtomobil krossoveri 800 voltlu e-Platform 3.0 Evo quruluşu üzərində qurulub və iki LFP batareya seçimi təklif edir: 75,6 kilovat-saatla 620 kilometr, 82,7 kilovat-saatla 710 kilometr. Paketlər üzrə qiymətlər 155 min yuanla 185 min yuan (təxminən 26 min 820 ABŞ dolları) aralığındadır.
Avtomobil əlavə olaraq LiDAR sensorlu DiPilot 300 sürücüyə kömək sistemi ilə təchiz oluna bilər. Bu paket 9 min 900 yuan, təxminən 1 min 435 ABŞ dolları qiymətlə göstərilir.
Bu xəbəri necə dəyərləndirirsiniz?

