BYD elektromobilinə üç dəfə ildırım düşdü - təhlükəsizlik testi keçdi!
Çində BYD Song Plus EV elektromobilinə ardıcıl üç ildırım düşdü, lakin həm sürücü, həm də maşının əsas sistemləri zərər görmədi. Bəs bu necə mümkün oldu?

BYD Song Plus EV elektromobilinə üç dəfə ildırım düşdü - heç bir zərər olmadı!
«CarNewsChina» məlumatına görə, Çinin Quanşin əyalətinin Beyxay şəhəri yaxınlığında qeyri-adi hadisə baş verib. Tyeşan xidmət zonasında sürücü Liu Miao (Liu Miao) BYD Song Plus EV elektromobili ilə hərəkət edərkən, maşının üstünə ardıcıl olaraq üç dəfə ildırım düşüb.
Yaxınlıqdakı maşınların kameraları bu dəhşətli anları lentə alıb. Görüntülərdə ildırımın maşının damına düşərkən yaratdığı elektrik işıqları və qığılcımlar açıq-aydın görünür. Bəs necə oldu da, bu qədər güclü elektrik zərbəsindən sonra həm sürücü, həm də maşının əsas sistemləri zərər görmədən çıxdı?
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
BYD rəsmi nümayəndələri: «Maşının üç elektrik sistemi - batareya, elektrik idarəetmə və mühərrik tamamilə sağlam qalıb. Yeganə zərər - damda iki ildırım dəymə nöqtəsi»
Mütəxəssislər bunu maşının metal gövdəsinin «Faradey qəfəsi» effekti yaratması ilə izah edirlər. Belə ki, ildırım düşdükdə elektrik cərəyanı metal gövdə vasitəsilə yerə ötürülür və maşının içində olan insanlar təhlükəsiz qalır.
İldırım zamanı nə etməli?
- Bütün elektron cihazları söndürün
- Antennaları yığın
- Pəncərələri sıx bağlayın
- Yanğın yoxdursa, maşını tərk etməyin
BYD Song Plus bu ilin ilk yarısında Çinin ən çox ixrac etdiyi maşın modeli olub. Bəs bu hadisə onun etibarlılığını daha da artırar?
Bu xəbəri necə dəyərləndirirsiniz?






