“BYD” Avropaya daxil olur – satışlar artıq Rumıniyada başladı
“BYD” Rumıniyada ilk salonunu açaraq satışlara başlayıb. Şirkət il sonuna qədər 30-dan çox diler mərkəzi ilə Avropa bazarında mövqeyini gücləndirməyi planlaşdırır.

“BYD” Rumıniyada rəsmi satışlara başladı
“iXBT”-nin məlumatına görə, Çinli “BYD” şirkəti Rumıniyada ilk rəsmi salonunu Buxarestdə açaraq satışlara başlayıb.
“BYD” yerli tərəfdaşları “Tiriac Auto” və “DAB Auto” ilə birlikdə 2025-ci ilin sonuna qədər ölkədə 30-dan çox diler mərkəzi açmağı planlaşdırır. Növbəti şəhərlər arasında Ployeşti, Braşov, Yassı və Kluj-Napoka var.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Rumıniya bazarında təqdim olunan modellərə “Sealion 7” krossoveri, “Seal” sedanı, hibrid “Seal U DM-i” və kompak avtomobil “Atto 2” daxildir. Seçimlər Avropa vergi rejiminə uyğunlaşdırılıb – hibridlərə 10%, elektromobillərə isə 27% rüsum tətbiq olunur.
“BYD” artıq “Tesla”, “Volkswagen” və “Stellantis” kimi nəhənglərlə Avropa bazarında rəqabət aparır. Rumıniyada başlanğıc isə bu strategiyanın mühüm hissəsi sayılır.
Bəs Çin avtomobilləri Avropada uğur qazana biləcəkmi? “BYD” bu suala cavabı satış rəqəmləri ilə verməyə hazırlaşır.
Bu xəbəri necə dəyərləndirirsiniz?






