Bulud dövrü bitir? Arm 2026-da paylanmış süni zəka və çipletləri açıqladı

Arm 2026 üçün süni zəkanın gələcəyini izah edir: paylanmış hesablama, çipletlər, cihazdaxili AI və enerji səmərəliliyi ön plana çıxır.

25.12.25 - 09:08
 0  4
Bulud dövrü bitir? Arm 2026-da paylanmış süni zəka və çipletləri açıqladı
Arm-ın 2026 üçün süni zəka proqnozlarını simvolizə edən texnoloji görüntü @startuphub.ai

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Arm 2026 üçün süni zəkanın gələcəyini açıqladı: buluddan kənara çıxan “paylanmış intellekt”

«StartupHub» yazır ki, Arm-ın 2026 proqnozları süni zəkanın inkişafında əsas xətti göstərir: hesablama gücü təkcə mərkəzləşdirilmiş buludda yox, cihazların, sistemlərin və ümumilikdə “kənar” mühitin üzərinə paylanacaq. Bəs bu yenilik bizə nə verəcək?

Şirkətin yanaşmasına görə, süni zəkanın gələcəyi modul arxitektura, enerji səmərəliliyi və bulud, edge və fiziki AI mühitləri arasında “tikişsiz” bağlantı üzərində qurulacaq. Yəni süni zəka hər yerdə olacaq, amma hər yerdə eyni formada yox.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Arm bunu əvvəlcə “silikon səviyyəsində” izah edir. Məqalədə qeyd olunur ki, ənənəvi tranzistor miqyaslanmasından kənara çıxan yeniliklər sürətlənir və modul çipletlər çip dizaynını yenidən formalaşdıra bilər. Bu yanaşma müxtəlif AI yükünə uyğun, proses düyünlərini qarışdıran və ixtisaslaşmış AI mühərriklərini birləşdirən daha çevik sistemlər vəd edir.

Digər tərəfdən, “More-than-Moore” deyilən istiqamət - qabaqcıl materiallar və 3D inteqrasiya - daha yüksək sıxlıq və səmərəlilik üçün vertikal “yığım”ı önə çıxarır. Hədəf aydındır: yüksək performans artımı davam etsin, amma enerji iştahı nəzarətdən çıxmasın.

Təhlükəsizlik də ayrıca xətt kimi göstərilir. Arm-ın vurğuladığına görə, “secure-by-design” yanaşması - aparat səviyyəsində etibar və məxfi hesablamalar - süni zəkanın kritik infrastruktura daxil olması ilə artıq “əlavə üstünlük” yox, ümumi tələb olacaq. Bir sözlə, model böyüdükcə risklər də böyüyür.

Yazıda həmçinin ixtisaslaşmış sürətləndirmənin (proqram təminatı yığını ilə sistem səviyyəsində birgə planlaşdırılan həllərin) artacağı, konkret AI çərçivələri üçün optimallaşdırılmış platformaların və “konvergent” AI məlumat mərkəzlərinin önə çıxacağı vurğulanır. Məqsəd - sahə vahidinə düşən hesablama gücünü maksimuma çatdırmaqdır.

Bu dəyişikliklər süni zəkanın yerləşdirilmə modelində də özünü göstərir: inference proseslərinin bir hissəsi buluddan edge cihazlara doğru miqrasiya edəcək. Məqalənin məntiqinə görə, bu, daha sürətli cavab, real vaxt adaptasiyası və “məlumata daha yaxın” qərarvermə deməkdir.

Arm sistemlərin “koordinasiya olunmuş kontinuum” kimi işləyəcəyini təsvir edir: böyükmiqyaslı təlim üçün bulud, aşağı gecikmə üçün edge, real dünya icrası üçün isə fiziki mühit. Əslində sual hələ açıq qalır: bu bölgü sənaye standartına çevriləcəkmi?

Materialda “agentik” və avtonom AI-nin robototexnika, nəqliyyat və logistika kimi sahələrdə köməkçi rolundan çıxıb daha müstəqil agentlərə çevrilə biləcəyi də qeyd olunur. Paralel olaraq, cihazlarda kontekstual AI istifadəçi ehtiyaclarını qabaqcadan hiss edib daha dəqiq fərdiləşdirmə və məxfilik vəd edir.

Bir başqa tendensiya kimi, “bir nəhəng model” yanaşmasından uzaqlaşaraq, konkret sahələr üçün optimallaşdırılan çoxsaylı Kiçik Dil Modelləri (SLM) ideyası göstərilir. Məqaləyə görə, bu modellər enerji məhdudiyyətli edge mühitləri üçün daha uyğun ola və qabaqcıl AI-ni daha kiçik bizneslər üçün də əlçatan edə bilər.

Arm-ın proqnozlarında fiziki aləmdə təsir ayrıca vurğulanır: “world model”lər - yəni zəngin virtual mühitlər - avtonom maşınların və robotların real dünyaya çıxmazdan əvvəl hazırlanması və yoxlanması üçün əsas alətə çevrilə bilər. Bu isə riskin azalması və inkişaf dövrlərinin sürətlənməsi deməkdir.

Məqalə həmçinin bildirir ki, PC, mobil və IoT kimi ənənəvi cihaz kateqoriyaları arasındakı sərhədlər zəifləyəcək və “AI personal fabric” adlandırılan, cihazdan asılı olmayan bir hesablama “toxuması” formalaşa bilər. Bu şəbəkədə intellet istifadəçi ilə birlikdə cihazlar arasında hərəkət edir, kontekst paylaşır, öyrənir.

Sonda Arm-ın əsas mesajı sadədir: gələcəkdə əsas ölçü vahidi “intelligence-per-watt” - yəni vat başına intellekt olacaq. Güclü olmaq kifayət deyil, dayanıqlı və səmərəli olmaq da şərtdir.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.