Bu gün Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümüdür
Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Onun siyasi irsi müasir Azərbaycanın əsas dayaqlarından sayılır.

Heydər Əliyevin 102 illiyi qeyd olunur – siyasi irs daim yaşayacaq
Bu gün – 10 may 2025-ci il, müasir Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. 1923-cü ildə Naxçıvanda doğulan bu dahi şəxsiyyət, xalqın taleyini dəyişən lider kimi tarixə düşüb.
Bəs kim idi Heydər Əliyev? O, 1969-cu ildən etibarən ölkənin siyasi həyatında dönüş yaratdı, müstəqillik illərində isə Azərbaycanı parçalanmadan xilas etdi. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər, sabitlik və inkişaf dövrünün əsasını qoydu.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Neft strategiyası, "Əsrin müqaviləsi", ordu quruculuğu – bütün bunlar onun vizyonunun nəticəsidir. Onun ən böyük arzusu – Qarabağın azadlığı, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrildi.
2003-cü ildə vəfat edən Heydər Əliyev bu gün də həm ölkədə, həm də beynəlxalq aləmdə hörmətlə yad edilir. 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması bu irsin əhəmiyyətini bir daha təsdiqlədi.
Azərbaycanın müstəqil və güclü dövlət kimi mövcudluğunun təməlində məhz bu böyük liderin irsi dayanır. Onun adı xalqımızın yaddaşında əbədi yaşayacaq.
Ruhun şad olsun, Ulu Öndər! Ümummilli Lider Heydər Əliyevi dərin hörmət, sevgi və ehtiramla anırıq!
Bu xəbəri necə dəyərləndirirsiniz?






