Britaniyanın “BT Group” şirkəti xəbərdarlıq etdi: süni zəka kütləvi ixtisarlara səbəb ola bilər
“BT Group” rəhbərliyi süni zəkanın təsiri ilə ixtisarların 55 minə çata biləcəyini istisna etmir. Şirkət artıq 3 milyard funt qənaət planı hazırlayıb.

“BT Group”: süni zəka on minlərlə iş yerini sıradan çıxara bilər
“iXBT”-yə istinadən “Mediahub.az” xəbər verir ki, Britaniyanın telekommunikasiya nəhəngi “BT Group” süni zəkanın şirkətdə daha böyük ixtisarlara yol aça biləcəyini bildirib.
Şirkətin baş direktoru Ellison Kirkbi qeyd edib ki, artıq elan edilən 40 minlik ixtisar planı süni zəkanın tam potensialını əhatə etmir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
O bildirib ki, süni zəka sayəsində BT daha da “kiçilə” bilər və bu, 2030-cu ilə qədər daha böyük ixtisarlarla nəticələnə bilər.
Qeyd edək ki, “BT Group” artıq 2023-cü ildə 55 minədək iş yerinin ixtisar ediləcəyini açıqlamışdı. Yeni açıqlamalar isə bu rəqəmin artacağını istisna etmir.
Kirkbi həmçinin şirkətin “Openreach” bölməsinin gələcəkdə ayrılmasının da mümkün olduğunu deyib.
Bu xəbəri necə dəyərləndirirsiniz?






