Bir qadın, beş kişi və işgəncə: bu necə baş verib? Şok təfərrüatlar açıqlanıb

ABŞ-ın Ohayo ştatında yüksək funksiyalı autizmli gənc bir həftə ərzində sevgilisi və onun beş “həmkarı” tərəfindən oteldə saxlanılaraq döyülüb. Polis hadisəni “işgəncə” adlandırır.

09.05.25 - 09:52
 0  4
Bir qadın, beş kişi və işgəncə: bu necə baş verib? Şok təfərrüatlar açıqlanıb
Ohayoda oğurlanmış gəncin polis tərəfindən tapıldığı anın bədən kamerası görüntüsü @independent.co.uk

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Ohioda dəhşətli olay: sevgilisi və 5 kişi gənci əsir saxlayıb döyüb

“The Independent”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ-ın Ohayo ştatında 26 yaşlı bir gənc sevgilisi və daha beş kişi tərəfindən bir həftə otel otağında saxlanılıb və dəfələrlə döyülüb.

Red Roof Inn otelində saxlanılan gəncin yüksək funksiyalı autizmi olduğu bildirilir. O, polisə bildirib ki, beysbol dəyənəklə döyülüb, ayaq altında tapdanıb, yuxusuz və aclıq içində saxlanılıb. Polis bu hadisəni açıq şəkildə “işgəncə” adlandırıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Hadisə necə üzə çıxıb? Martın 21-də qısa müddətə çölə çıxmasına icazə verilən qurban bir yanacaqdoldurma məntəqəsinə gedərək bir tanımadıq şəxs vasitəsilə anasına xəbər verib. Ana dərhal polisə müraciət edib və gənc xilas olunub.

Əsas şübhəli 28 yaşlı Martina Cons adlı qadındır. Polisə görə, o, digər beş kişiyə – Aaron Bradshaw, Austin Bradshaw, David Cessna, Chance Johnston və Michael Esqueda – göstəriş verib ki, gənci döysünlər.

Maumee polis rəisi Coş Sprov (Josh Sprow) bildirib ki, bu, şəhərdə “qeyri-adi və şokedici” hadisədir. Motiv hələlik məlum deyil, lakin qrupun qaçmağı planlaşdırdığı ehtimal edilir.

Bütün altı şübhəliyə oğurluq, qəsdən ağır xəsarət yetirmə və sübutların dəyişdirilməsi üzrə ittihamlar irəli sürülüb. Hər birinin girov məbləği 200 min dollar müəyyən edilib.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.