Avstraliyada 17 kq-lıq nadir meteorit tapıldı - qızıldan da dəyərli

Avstraliyada kişi illərlə qızıl sandığı daşı saxlayıb. Məlum olub ki, bu 4,6 milyard illik nadir meteoritdir və elm üçün böyük dəyər daşıyır.

04.12.25 - 09:34
 0  2
Avstraliyada 17 kq-lıq nadir meteorit tapıldı - qızıldan da dəyərli
Maryboro ərazisində tapılan 17 kq-lıq meteoritin görüntüsü @sciencealert.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Avstraliyada kişi illərlə qızıl sandığı daşı saxladı - əslində nadir meteorit imiş

«Sciencealert» yazır ki, 2015-ci ildə Avstraliyanın Melburn yaxınlığındakı Maryboro Regional Parkında metal detektoruyla gəzən Devid Hol çox ağır, qırmızımtıl bir daş tapıb və onu qızıl parçası hesab edib.

Hol illərlə onu açmağa çalışıb - mişar, deşici alətlər, hətta turşu… Amma daş bircə dəfə belə çatlamayıb. Bir sözlə, nə etsə də alınmayıb. Çünki bu, qızıl deyil, son dərəcə nadir meteorit imiş. O, illər sonra daşın kimliyini dəqiqləşdirmək üçün tapıntını Melburn Muzeyinə aparıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Muzeyin geoloqları bildiriblər ki, 37 illik iş təcrübəsində on minlərlə daş görsələr də, həqiqi meteorit olan nümunələr cəmi ikidir və Holun gətirdiyi onlardan biri olub. Uzmanların sözlərinə görə, belə daşlar adi qayalara nisbətən qeyri-adi dərəcədə ağır olur.

Alimlər kəsik götürdükdən sonra meteoritin yüksək miqdarda dəmir tərkibli H5 tipli xondrit olduğunu müəyyənləşdiriblər. Onun yaşı 4,6 milyard il hesablanır. Meteoritin çəkisi isə 17 kiloqramdır.

Tədqiqatçılar meteoritin Mars və Yupiter arasındakı asteroid qurşağından qoparaq Yerə düşdüyünü ehtimal edirlər. Karbon analizləri onun planetimizdə 100-1000 il arasında olduğunu göstərib. 1889-1951-ci illər arası müşahidə edilən parlaq meteor hadisələri ilə də uyğunluq ehtimalı var.

Mütəxəssislər meteoritin elmi baxımdan qızıldan qat-qat dəyərli olduğunu deyirlər. Viktoriya ştatında bu günə qədər cəmi 17 meteorit qeydə alınıb və Maryboro tapıntısı onlardan ən irilərindən biridir.

Əslində bu sual hələ açıq qalır: başqa belə ağır «daşlar» hələ də insanların həyətyanı sahələrində gizli ola bilərmi?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.