Aviaqəzada həlak olanlardan ikisi qusarlı bacı-qardaşdır

Qazaxıstanda baş verən təyyarə qəzasında həlak olanlardan ikisi qusarlı bacı-qardaşdır. Onlar Suduroba kənd sakinləridir.

26.12.24 - 10:47
 0  17
Aviaqəzada həlak olanlardan ikisi qusarlı bacı-qardaşdır
Təyyarə qəzasında həlak olan qusarlı bacı-qardaş haqqında @report.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

"Report"-a istinadən Mediahub.az xəbər saytı məlumat verir ki, AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan iki nəfəri Qusar rayon sakinidir.

"Report"un Şimal bürosunun məlumatına görə, bunlar Suduroba kənd sakinləri - bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərdir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Faktı Qusar Rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər.

Aviaqəza ilə Bağlı Əlavə Məlumatlar

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən:

  • 42-si Azərbaycan vətəndaşı,
  • 16-sı Rusiya vətəndaşı,
  • 6-sı Qazaxıstan vətəndaşı,
  • 3-ü Qırğızıstan vətəndaşı olub.

Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Matəm Elanı və Araşdırmalar

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Ən son xəbərlər üçün Mediahub.az xəbər saytını izləyin!

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.