Arjan Dhillon-in “Greatest” klipi Bakıda çəkilib - YouTube-da milyonlarla izlənmə!
Arjan Dhillon-un tamamilə Bakıda çəkilən “Greatest” klipi 68 milyon izlənməni keçib. Ağ Şəhər və köhnə Bakı kadrları tamaşaçıların böyük marağına səbəb olub.
Arjan Dhillon-un “Greatest” klipi tamamilə Bakıda çəkilib - 68 milyon izlənmə!
«YouTube» məlumatına görə, məşhur Pəncab ifaçısı Arjan Dhillon-un “Greatest” adlı klipi tamamilə Bakıda çəkilib və yayımlandığı bir il ərzində 68 milyondan çox izlənmə toplayıb.
Videoda Ağ Şəhər, köhnə Bakı küçələri, məhəllə uşaqları, Azərbaycanlı baykerlər və retro avtomobillər xüsusi vizual atmosfer yaradır. Tamaşaçılar şərhlərdə şəhərin görünüşünü tərifləyərək yazırlar: “Baku looks amazing!” («Bakı möhtəşəm görünür!»), “What a cinematic vibe!” («Nə qədər kinoya bənzər ab-hava!»).
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Klipin istehsalı “Baku Prod.: Seymour Cinealliance” kimi göstərilib. Rejissorlar Mahi Sandhu & Joban Sandhu, musiqi prodüseri Mxrci, prodüser isə Harwinder Sidhu-dur. Layihədə həmçinin DOP Mani Art, montaj üzrə Saibastula, CG üzrə Onkar Singh və bir çox digər mütəxəssislər iştirak edib.
Bir sözlə - həm Bakının enerjisi, həm də Dhillon-un dinamik performansı klipi qısa zamanda qlobal musiqi platformalarında trendə çevirib. Hazırda 4000-dən çox şərh toplanıb və tamaşaçıların reaksiyası demək olar ki, tamamilə müsbətdir.
Bu xəbəri necə dəyərləndirirsiniz?

