“Anthropic” ABŞ-ın süni zəka çipləri üzrə ixrac nəzarətinə dəyişikliklər təklif edir
“Anthropic” ABŞ-ın süni zəka çiplərinə tətbiq edəcəyi ixrac nəzarətini dəstəkləyir, lakin bəzi ölkələr üçün daha sərt məhdudiyyətlər və hökumətlərarası nəzarət mexanizmləri istəyir.

“Anthropic” ABŞ-ın süni zəka çipləri üçün ixrac nəzarətini dəstəkləyir, amma dəyişikliklər istəyir
“TechCrunch”-a istinadən “Mediahub.az” xəbər verir ki, “Anthropic” şirkəti ABŞ hökumətinin AI çipləri üzrə ixrac nəzarətini ümumilikdə dəstəkləsə də, bəzi düzəlişlər təklif edir.
Şirkətin 30 aprel tarixli bloq yazısında qeyd olunur ki, “Anthropic” ABŞ Ticarət Nazirliyinin “Süni Zəkanın Yayılması Çərçivəsi” adlı yeni ixrac siyasətini “tam şəkildə” dəstəkləyir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bu çərçivə ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə hazırlanıb və ölkələri üç kateqoriyaya bölür: Çin və Rusiya kimi ölkələrə sərt qadağalar (Tier 3), Portuqaliya və Meksika kimi ölkələrə limitli satış (Tier 2) və Yaponiya ilə Cənubi Koreya kimi müttəfiqlərə sərbəst ixrac (Tier 1).
“Anthropic” Tier 2 ölkələrə satıla biləcək çiplərin limitinin azaldılmasını və bu ölkələrin çipləri hökümətlərarası razılaşmalarla əldə etməsini təklif edir. Bu, kontrabandanın qarşısını almaq və nəzarəti gücləndirmək məqsədi daşıyır.
Şirkət həmçinin nəzarət mexanizmlərinin icrasına ayrılan maliyyə vəsaitlərinin artırılmasını təklif edir. CEO Dario Amodei bu məsələdə uzun müddətdir sərt mövqe nümayiş etdirir.
Görünür ki, “Anthropic” kimi süni zəka şirkətləri daha sərt nəzarətə tərəfdardır.
Bu xəbəri necə dəyərləndirirsiniz?






