“Alfa Romeo” idman avtomobili planlaşdırır – platforma “Dodge Charger” ilə eynidir
“Alfa Romeo” gələcəkdə yeni idman avtomobilini təqdim edə bilər. Model “STLA Large” platformasında olacaq və “Dodge Charger” ilə texniki qohum sayılır.

“Alfa Romeo” yeni idman avtomibili planlaşdırır – “Charger” ilə eyni platformada
“Kolesa.ru”-nun məlumatına görə, “Alfa Romeo” gələcəkdə yeni idman avtomobili istehsal edə bilər. Lakin əvvəlcə brend gəlirliliyə nail olmalıdır.
Hazırda şirkət “Giulia” və “Stelvio” modellərinin yeni nəsli üzərində işləyir. Əvvəlcə 2025-ci ilin sonunda krossover təqdim olunacaq, sonra isə sedan versiyası gələcək. Maraqlıdır ki, bu modellərdə həm elektrik, həm də DVS (daxili yanma mühərriki) variantları olacaq.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bəs idman avtomobili nə zaman gələcək? “Alfa Romeo” rəhbərliyi onu “növbəti mərhələnin arzusu” adlandırır. Əgər gəlirlilik təmin olunsa, layihə reallaşa bilər.
Yeni modelin “STLA Large” platformasında qurulacağı və “Dodge Charger” ilə texniki qohum olacağı gözlənilir. İkiqapılı kupenin BMW M4-ə rəqib olması da istisna edilmir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






