«AirPods Pro 3» heyran edir, amma Pro 2-ni dəyişməyə dəyməz
Yeni «AirPods Pro 3» səs və dizayn baxımından əla olsa da, «Pro 2» sahibləri üçün dəyişməyə ciddi səbəb yoxdur - qiymət artımı əsassız görünür.
«AirPods Pro 3» heyran edir, amma Pro 2-ni dəyişməyə dəyməz
«TechRadar» yazır ki, «Apple»ın yeni «AirPods Pro 3» modeli mükəmməl səs keyfiyyətinə və təsirli səsboğma sisteminə malik olsa da, Pro 2 sahibləri üçün fərq elə də böyük deyil.
Jurnalist iki nəsil qulaqlıqları müqayisə edərkən bildirib ki, səsdəki fərqlər çox cüzidir - baslar bir qədər dərinləşib, səs isə bir az təmizləşib. Amma gündəlik istifadəçi üçün bu fərq hiss olunmur. «Süni zəka ilə tərcümə» və ürək döyüntüsü sensoru kimi yeni funksiyalar isə, onun fikrincə, real dəyər gətirmir.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Yeni model həm də IP57 səviyyəsində su və tər qorumasına malikdir, bu da idman zamanı istifadəyə uyğundur. Lakin müəllif vurğulayır ki, «Apple Watch»u olan istifadəçilər üçün ürək ritmi ölçüm funksiyası əlavə üstünlük yaratmır.
Qiymət məsələsində isə vəziyyət fərqli görünür. Avstraliyada «AirPods Pro 3» 429 avstraliya dollarına satılır - bu, əvvəlki modeldən 30 dollar bahadır. ABŞ-da isə qiymət dəyişməyib, 249 dollarda qalıb, Birləşmiş Krallıqda isə əksinə, azalıb.
Jurnalistin qənaətinə görə, «AirPods Pro 3» təkmilləşmələrinə baxmayaraq, «Pro 2» istifadəçilərinin yeniləməyə tələsməsinə dəyməz. O yazır: «Bir sözlə, əgər sizdə artıq Pro 2 varsa, cibinizi yormayın - fərq gözlədiyiniz qədər böyük deyil».
Bu xəbəri necə dəyərləndirirsiniz?

