“AirPlay” təhlükəsi: Apple cihazları tam nəzarət altına keçə bilər – yeni zəiflik aşkarlandı
“Oligo Security” tərəfindən “AirPlay” texnologiyasında aşkar edilən “AirBorne” adlı boşluqlar hakerlərin Apple cihazlarına parolsuz daxil olmasına imkan verir.

“AirPlay” texnologiyasında kritik zəiflik aşkarlandı – Apple cihazları tam nəzarətə keçə bilər
“Ferra.ru”-ya istinadən “Mediahub.az” xəbər verir ki, “Oligo Security” mütəxəssisləri “Apple”ın “AirPlay” texnologiyasında təhlükəli zəifliklər toplusu – “AirBorne” aşkarlayıblar.
Bu boşluqlar hakerlərə eyni Wi-Fi şəbəkəsində olduqları zaman iPhone, Mac, Apple TV və “HomePod” kimi cihazlara parolsuz daxil olmaq və tam nəzarət imkanı verir. Zərərli kodların işlədilməsi (RCE), mikrofon vasitəsilə izləmə və virus yayımı mümkündür.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Təhlükə yalnız “Apple” cihazlarını deyil, “AirPlay SDK” istifadə edən digər istehsalçıların məhsullarını da əhatə edir. “CarPlay” də bu boşluqdan təsirlənə bilər, lakin fiziki qoşulma tələb olunur.
“Apple” artıq iOS 18.4 və macOS 15.4 yeniləmələri ilə bu zəiflikləri aradan qaldırıb. Amma milyonlarla üçüncü tərəf cihazları hələ də risk altındadır, çünki onların yenilənməsi istehsalçılardan asılıdır.
“Oligo Security” istifadəçilərə cihazlarını mütləq yeniləməyi, istifadə olunmayan cihazlarda “AirPlay” funksiyasını söndürməyi və ictimai Wi-Fi şəbəkələrdən uzaq durmağı tövsiyə edir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






