ADA qiyməti yenidən qalxa bilərmi? $215 milyonluq staking bunu göstərirmi?

Cardano (ADA) bu həftə 10% ucuzlaşsa da, staking axını 215 milyon dolları keçib. İndikatorlar investorların uzunmüddətli inamını əks etdirir. Bəs bu, bazarı dəyişəcəkmi?

02.05.25 - 10:03
 0  4
ADA qiyməti yenidən qalxa bilərmi? $215 milyonluq staking bunu göstərirmi?
Cardano (ADA) tokeninin ticarət qrafiki və qiymət dalğalanmaları @crypto.news

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Cardano qiyməti düşür, amma $215 milyonluq staking axını ümid verir

“Crypto.news”-in məlumatına görə, Cardano (ADA) bu həftə 10%-lik geriləmə ilə $0.67 səviyyəsinə düşüb, amma staking göstəriciləri fərqli mənzərə yaradır.

Yalnız aprelin 30-da 160 milyon ADA staked olunub. Ümumilikdə, son günlərdə 307 milyon ADA — təxminən $215 milyon — stakingə yönəlib. Bu da investorların uzunmüddətli mövqelər tutduğunu göstərir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Cardano-nun staking nisbəti hazırda 60.65%-dir. Müqayisə üçün, “Ethereum” 28%, “Tron” isə 42% səviyyəsindədir. Yəni ADA sahibləri daha sabit və davamlı gəlirə ümid edir.

Bundan başqa, Cardano üzərində dApp-lar da aktivləşib: Minswap, Liqwid və Indigo kimi platformalar ümumi kilidli dəyəri $394 milyona çatdırıb. Günlük DEX həcmi isə $4 milyon civarındadır.

Ekspertlər ADA-nın hazırda texniki olaraq aşağı trenddə olduğunu, amma Bitcoin inteqrasiyası və staking axını ilə bu tendensiyanın dəyişə biləcəyini deyirlər. Bəs bu kifayət edəcəkmi?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.