Açıq mənbə «LangChain» startapı 1,25 milyard dollar dəyərində qiymətləndirildi

Açıq mənbə «LangChain» süni zəka startapı 125 milyon dollar investisiya cəlb edərək 1,25 milyard dollar dəyərində qiymətləndirilib.

27.10.25 - 09:00
 0  0
Açıq mənbə «LangChain» startapı 1,25 milyard dollar dəyərində qiymətləndirildi
«LangChain» startapının yeni investisiya raundundan sonra şirkət 1,25 milyard dollar dəyərində qiymətləndirilib @techcrunch.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Açıq mənbə «LangChain» startapı 1,25 milyard dollar dəyərində qiymətləndirildi

«TechCrunch» məlumatına görə, məşhur açıq mənbə süni zəka platformasının yaradıcısı olan «LangChain» startapı növbəti maliyyə raundunda 125 milyon dollar investisiya cəlb edərək 1,25 milyard dollar dəyərində qiymətləndirilib.

Raunda əsasən IVP rəhbərlik edib və ona yeni investorlar - CapitalGSapphire Ventures də qoşulublar. Mövcud səhmdarlar arasında Sequoia, BenchmarkAmplify kimi iri fondlar da yer alıb.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

«LangChain» 2022-ci ildə maşın öyrənməsi mühəndisi Harrisson Çeyz tərəfindən açıq mənbə layihəsi kimi yaradılıb. Erkən mərhələdəki LLM-lərlə işləyən tərtibatçılar üçün veb axtarış, API çağırışları və verilənlər bazası inteqrasiyası kimi mürəkkəb məsələləri sadələşdirərək populyarlıq qazanıb.

Şirkət 2023-cü ildə Benchmark-dan 10 milyon dollarlıq ilkin investisiya alıb və bir həftə sonra Sequoia rəhbərliyində keçirilən A seriyalı raundda əlavə 25 milyon dollar cəlb edib. O zaman «LangChain» 200 milyon dollar dəyərində qiymətləndirilirdi.

İndi isə platforma sadəcə süni zəka alətləri toplusu deyil, həm də agentlərin yaradılması üçün tam ekosistemə çevrilib. Şirkət, həmçinin əsas məhsullarına - agent yaradıcısı LangChain, idarəetmə və yaddaş vasitəsi LangGraph və test/monitorinq aləti LangSmith üçün yeniləmələr elan edib.

Hazırda «LangChain» GitHub-da 118 min ulduz və 19,4 min fork göstəricisi ilə açıq mənbə icmasının sevimlisi olaraq qalır. Bir sözlə, süni zəka dünyasında növbəti «unicorn» artıq bəllidir.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.