ABŞ kommersiya sürücülük vəsiqəsi üçün şərtlər sərtləşdirildi
ABŞ-da kommersiya sürücülük vəsiqəsi almaq qaydaları sərtləşdirildi. Qeyri-vətəndaşların hüquqları ciddi şəkildə məhdudlaşdırıldı.

ABŞ-da qeyri-vətəndaş sürücülər üçün yeni qaydalar qüvvəyə minir
«Independent» xəbər verir ki, ABŞ-da kommersiya sürücülük vəsiqəsi almaq qaydaları sərtləşdirilib. Yeni tələblər xüsusilə qeyri-vətəndaş sürücülərə təsir edəcək və onların iş imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Qərara səbəb ötən ay Floridada baş verən və üç nəfərin ölümü ilə nəticələnən faciəli qəza olub.
Nəqliyyat naziri Şon Daffi bildirib ki, aparılan araşdırmalar bəzi ştatlarda kommersiya vəsiqələrinin qanunsuz şəkildə verildiyini üzə çıxarıb. Onun sözlərinə görə, faciəyə səbəb olan sürücü ümumiyyətlə bu sənədi almaq hüququna malik deyildi.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Audit nəticəsində Kaliforniya, Kolorado, Pensilvaniya, Cənubi Dakota, Texas və Vaşinqton ştatlarında pozuntular aşkarlanıb. Halların ən çox qeydə alındığı Kaliforniyaya isə 160 milyon dollarlıq federal maliyyəni itirmək təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Qəzada Hindistan əsilli Harcinder Siqh Floridada magistralda qanunsuz dönmə edib, nəticədə minivan qoşquya çırpılıb. Hadisə nəticəsində üç nəfər həlak olub, sürücü isə sağ qalaraq qətl və miqrasiya qanunlarını pozma ittihamı ilə üzləşib.
Oxşar hadisələr bu il Texas və Alabamada da baş verib. Bu qəzalar nəticəsində əlavə insan itkiləri yaşanıb və mövzu siyasi qalmaqala çevrilib. Prezident Donald Tramp və nazir Daffi sərt açıqlamaları ilə yeni qaydaları müdafiə ediblər.
Yeniliklərə görə, kommersiya vəsiqəsi yalnız H-2A, H-2B və E-2 vizası sahiblərinə veriləcək və sənədin qüvvəsi maksimum bir il olacaq. Hazırda 200 min qeyri-vətəndaş belə vəsiqəyə malik olsa da, yeni qaydalar qüvvəyə mindikdən sonra bu rəqəm yalnız 10 minə enəcək.
Ekspertlər bildirirlər ki, bu məhdudiyyətlər ABŞ-da sürücü çatışmazlığını dərinləşdirə bilər. Hazırda hər 20 kommersiya sürücüsündən biri qeyri-vətəndaşdır. Bununla belə, Daffi ehtiyacın amerikalı sürücülərlə qarşılanacağını iddia edir. «Driving Academy» təsisçisi Conatan Markes isə hesab edir ki, bu dəyişiklik sahədə maaşların artmasına səbəb olacaq.
İndi bütün diqqət Kaliforniyaya yönəlib: ştat qarşıdakı 30 gün ərzində yeni qaydalara uyğun plan təqdim etməlidir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






