ABŞ-da ildırım zamanı faciə – ata və oğulun həyatına ağac son qoydu
ABŞ-ın Corciya ştatında ata və oğul güclü fırtına zamanı qolf meydanında həyatını itirdi. Güclü külək ağacı onların üzərinə aşırıb.
ABŞ-da faciə: ata və oğul qolf meydanında ağac altında qalaraq həyatını itirdi
“TVN24”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ-ın Corciya (Georgia) ştatında ata və oğul güclü fırtına zamanı qolf meydanında həyatını itirib.
Hadisə 6 aprel bazar günü, Muscogee dairəsində yerləşən “Bull Creek Golf Course” ərazisində baş verib. Fırtına başladıqda, ata və oğul sığınacaq axtararaq ağacların altına keçiblər. Ancaq güclü külək nəticəsində ağac onların üzərinə aşıb. Hər iki şəxs hadisə yerində keçinib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Sal Skarpa bildirib ki, polis və müstəntiq hadisə ilə bağlı araşdırma aparacaq. “Düşüncələrimiz ailə üzvləri ilədir” – deyə o qeyd edib.
Corciya ştatının qubernatoru Brian Kemp faciəyə reaksiya verərək sosial şəbəkədə başsağlığı mesajı paylaşıb: “İki ştat sakininin faciəvi ölümü bizi sarsıtdı. Dualarımız ailələri ilədir.”
Qeyd edək ki, bu ölüm hadisəsi son günlər ABŞ-da qeydə alınan bir sıra fırtına və tornado qurbanları sırasına daxildir. 2 apreldən bəri ölkə üzrə azı 20 nəfər həyatını itirib.
Bu xəbəri necə dəyərləndirirsiniz?






