5 ildə 152% bahalaşma! Ən çox dəyər qazanan avtomobillər açıqlanıb
“Rolf” və “Quto” tərəfindən açıqlanan araşdırmaya görə, bəzi ikinci əl avtomobillər 5 il ərzində 152%-ə qədər bahalaşıb. Siyahıda Mitsubishi ASX və Renault Duster də var.
Son 5 ilin qiymət şokları: Bu avtomobillər ikinci əl bazarında rekord vurdu
“Za Rulyom”-a istinadən “Mediahub.az” xəbər verir ki, “Rolf” və “Quto” 2020–2025-ci illərdə qiyməti ən çox artan ikinci əl avtomobillərin reytinqini təqdim edib.
Lider kimdir? “Mitsubishi ASX” – cəmi 4 ildə 771 min rubl dəyərindən 1,94 milyon rubla qədər bahalaşıb – artım 152%!
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
İkinci yerdə 11 yaşlı “Renault Fluence” – 327 min rubldan 789 min rubla (+142%). Üçüncü yeri isə eyni artımla “Renault Duster” və “SsangYong Kyron” bölüşür – qiymət artımı 132%-dir.
Dördüncü sırada “Hyundai Creta” – 905 min rubldan 1,97 milyon rubla yüksəlib. “Honda CR-V” 110% artımla beşinci, “Nissan X-Trail” isə 98%-lə siyahını tamamlayır.
Ekspertlər bu artımı həm tələbatla, həm də yeni avtomobil çatışmazlığı ilə izah edir. İkinci əl bazar artıq tək alternativ deyil – bəzən o, daha sərfəlidir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






