2K Firaxis-də işçiləri ixtisar etdi – «Civilization» fanatları narahatdır
Firaxis Games-də ixtisarlar təsdiqləndi. 2K şirkəti studiyada «yenidənqurma və optimallaşdırma» prosesi aparıldığını açıqladı, amma rəqəmlər paylaşılmadı.
Firaxis Games-də ixtisarlar – «Civilization VII» və «XCOM» gələcəyi sual altındadır
«Windows Central» məlumatına görə, «Sid Meier's Civilization» və «XCOM» seriyalarının yaradıcısı olan Firaxis Games studiyasında yenidən ixtisarlar həyata keçirilib. Şirkət bu prosesi «yenidənqurma və optimallaşdırma» adlandırıb.
İlk məlumatı nə Firaxis, nə də nəşriyyatçı 2K açıqlamışdı. Xəbəri isə studiyanın yazıçılarından Emma Kidwell LinkedIn üzərindən paylaşıb. O, həm işdən azad edildiyini, həm də komandanın bir sıra əməkdaşlarının eyni aqibətlə üzləşdiyini bildirib.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Kidwell beş ildən artıq studiyada çalışıb, «Civilization VII» və «Marvel's Midnight Suns» üzərində işləyib. Sonradan «Rock Paper Shotgun» məsələni gündəmə gətirib və 2Kdakı nümayəndə hadisəni təsdiqləyib. Amma neçə nəfərin ixtisar olunduğu açıqlanmayıb.
Maraqlı bir təsadüf kimi bu xəbər «Hollow Knight: Silksong» oyununun buraxılış həyəcanı ilə eyni dövrə düşüb. Oyun ictimaiyyətində isə bu zamanlama təsadüfdürmü, yoxsa məqsədli seçimdir, sualları səslənməkdədir.
Xatırladaq ki, Firaxis 2023-cü ildə də 30-dan çox əməkdaşını işdən çıxarmışdı. Ana şirkət Take-Two Interactive isə 2024-cü ildə 600-ə yaxın işçini ixtisar edib və bəzi layihələri ləğv etmişdi.
Firaxis-in son oyunu «Civilization VII» 2025-ci ilin fevralında rəsmən satışa çıxarıldı. Xbox, PlayStation, Nintendo Switch, Windows PC və macOS platformalarında təqdim edilən layihə oyunçular arasında birmənalı qarşılanmadı: Steam-də 23 mindən çox rəydən yalnız 49 faizi müsbət olub.
Bütün bunların fonunda oyun ictimaiyyətinin əsas sualı budur: ixtisar dalğası Civilization seriyasının gələcəyini necə formalaşdıracaq?
Bu xəbəri necə dəyərləndirirsiniz?

