25 ildən sonra həbs – marketdə ödəniş etmədi, qətldə şübhəli bilindi
Polşada 25 il əvvəl baş vermiş qətllə bağlı gözlənilməz irəliləyiş yaşanıb. Marketdə alış-verişə görə saxlanılan kişi, illərdir axtarılan şübhəli kimi ortaya çıxıb.
Polşada 25 il əvvəlki qətl işində irəliləyiş – şübhəli marketdə saxlanıldı
“TVN24”-ə istinadən “Mediahub.az” xəbər verir ki, Polşada 25 il əvvəl baş verən qətllə bağlı əsas şübhəli nəhayət ki, müəyyən olunub. Maraqlıdır ki, bu şəxs adi market oğurluğuna görə saxlanılıb.
Hazırda 48 yaşı olan Mixal Z. (Michał Z.) adlı şəxs, 1990-cı illərdə Varşavada öldürülən 28 yaşlı Pior Z.-nin dostu olub. Qətl hadisəsi bir anbar otağında baş verib. Piotrun cəsədi qan gölməçəsində, üzüstə vəziyyətdə tapılıb.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Uzun illər heç bir irəliləyiş olmayan işdə əsas dönüş nöqtəsi “sübut 11” oldu. Polis bu detal barədə məlumat verməsə də, DNK izlərinin uyğunluğu təyin olunub. Araşdırma zamanı məlum olub ki, marketdə ödəniş etmədiyinə görə saxlanılan şəxs, illər əvvəl bu cinayətdə iştirak edib.
Piotr Z. Zgerj şəhərindən Varşavaya köçmüş və “öz evini almaq” arzusu ilə paytaxtda işləyirmiş. Anası prokurorluqda verdiyi ifadədə onun həmişə “Varşavalı kişi olmaq istədiyini” bildirib.
Prokurorluq artıq ittiham aktını məhkəməyə göndərib. Qətlin motivi hələlik məlum olmasa da, istintaq Mixal Z.-nin günahkar olduğuna tam əmindir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






