“21Shares” DOGE ETF üçün SEC-ə müraciət etdi – Dogecoin fonduna yaşıl işıq yanacaqmı?
“21Shares” spot Dogecoin ETF üçün ABŞ SEC-ə rəsmi müraciət edib. Fond real DOGE saxlayacaq və Coinbase Custody tərəfindən qorunacaq. Qərar kriptobazar üçün dönüş nöqtəsi ola bilər.

“21Shares” Dogecoin üçün spot ETF planını SEC-ə təqdim etdi
“Crypto.news”-a istinadən “Mediahub.az” xəbər verir ki, “21Shares” şirkəti Dogecoin-ə bağlı spot ETF yaratmaq üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) rəsmi müraciət edib.
9 aprel tarixində təqdim edilən S-1 formasına əsasən, 21Shares Dogecoin ETF CF DOGE-Dollar US Settlement Price indeksini əsas götürəcək və fondun vəsaitləri “Coinbase Custody” tərəfindən qorunacaq.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Fond real DOGE aktivlərini saxlayacaq və gündəlik aktiv dəyəri (NAV) bu indeksə əsasən hesablanacaq. Leverage və ya törəmə alətlər istifadə edilməyəcək, yalnız payların yaradılması və geri alınması zamanı DOGE əməliyyatları aparılacaq.
Marketinq və strateji mövqeləndirmə üçün “21Shares” “Dogecoin Foundation”un kommersiya bölməsi olan “House of Doge” ilə əməkdaşlığa başlayıb. Bu addım fondun Dogecoin icması ilə əlaqəsini gücləndirmək məqsədi daşıyır.
Xatırladaq ki, bir gün öncə “21Shares” İsveçrənin SIX Swiss Exchange birjasında “DOGE” tickeri ilə dünyanın ilk Dogecoin ETP-sini təqdim etmişdi. Şirkətin prezidenti Duncan Moir bu addımı “mədəni və maliyyə hərəkatına giriş imkanı” adlandırıb.
Hazırda SEC artıq “Grayscale”, “Bitwise” və “Rex Shares” daxil olmaqla, üç digər şirkətin də DOGE ETF müraciətlərini nəzərdən keçirir. “Polymarket” platformasına görə, 2025-ci ildə təsdiq şansı 64%-dir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






