1000 dron Starlink-i söndürə bilər - Çin sınağı narahatlıq yaradır!
Çin alimləri 1000-dən çox dronla Starlink internetinin Tayvan üzərində bloklana biləcəyini göstərən simulyasiya hazırlayıb.
Çin alimləri 1000 dronla Starlink-in bloklanmasını simulyasiya edib
«TechRadar» xəbər verir ki, Çin tədqiqatçıları Tayvan ölçüsündə bir ərazidə Starlink internetini tam kəsməyin yolunu kompüter simulyasiyası ilə nümayiş etdiriblər.
Zhejiang Universiteti və Pekin Texnologiya İnstitutunun alimləri hesablayıblar ki, bütün adanı «internet qaranlığına» salmaq üçün təqribən 1000, daha ucuz modellərlə isə 2000-ə yaxın sinxron dron lazımdır. Bu dronlar 20 km hündürlükdə uçaraq geniş və dar şüalı maneə siqnalları ilə elektromaqnit sipəri yaradır.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Simulyasiya real Starlink peyk yerləşmələri əsasında qurulub. Alimlər 12 saatlıq trayektoriyaları analiz edərək 935 drondan ibarət şəbəkənin siqnalı tam bloklamağa yetəcəyini müəyyənləşdiriblər. Bu, həqiqətən mümkünmü? Bir sözlə, nəzəri baxımdan - bəli.
Amma iş bununla bitmir. Bu qədər dronu havada saxlamaq, onları dəyişmək, yanacaq və resursları təmin etmək - hamısı böyük planlaşdırma tələb edir. Əslində bu sual hələ açıq qalır: belə bir əməliyyatı real şəraitdə həyata keçirmək nə dərəcədə mümkündür?
Tayvanın özü də əl-qolunu yana salmayacaq. Adada anti-dron sistemləri var, amma 20 km hündürlükdə uçan yüzlərlə hədəfi vurmaq asan deyil və bahalı ola bilər. Hər iki tərəf üçün çətin, həm də bahalı bir qarşıdurma ssenarisi ortaya çıxır.
Bu araşdırma Çinin texnoloji müharibə imkanları ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Üstəlik, ölkənin internet kabellərini kəsmə potensialı barədə xəbərlər də əlavə suallar doğurur. Bəs bu proses hara aparır? Görünür, bölgədə gərginlik azalmaq əvəzinə artır.
Bu xəbəri necə dəyərləndirirsiniz?

