10 min dollarlıq XRP 2030-da nə qədər gətirə bilər? Ssenarilər açıqlandı
10 min dollarlıq XRP sərmayəsi 2030-cu ilə qədər nə qədər qazanc gətirə bilər? "Gemini", "Grok" və "Changelly" fərqli ssenariləri təqdim edib.

2030-cu ilə qədər 10 min dollarlıq XRP nə qədər qazanc gətirə bilər?
“The Crypto Basic”-in məlumatına görə, hazırda 10 min dollara alınan 4,587 XRP 2030-cu ilə qədər müxtəlif dəyərlərə çata bilər.
“Gemini”in ssenarilərinə görə, XRP qiyməti ən pis halda 0.13 dollaradək düşə, ən yaxşı halda isə 29.32 dollaradək yüksələ bilər. Bu halda sərmayə cəmi 596 dollara enə və ya 134,495 dollara çata bilər.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bəs “Grok AI” nə deyir? Onların proqnozuna əsasən, 2030-da XRP minimum 1.5, maksimum isə 12 dollar ola bilər. Yəni sərmayə 6,880 ilə 55,045 dollar arasında dəyişə bilər.
Digər maraqlı proqnoz “Changelly”dən gəlib. Onlar XRP-nin 2030-da 21.25 dollara qədər qalxacağını düşünür. Bu halda 10 min dollarlıq sərmayə 97,477 dollar gətirə bilər.
Analitiklər bu rəqəmlərin institusional qəbul, XRP ETF və tokenləşdirmə kimi faktorlardan asılı olduğunu bildirirlər. Amma belə çıxır ki, 5 ilə 10 min dollar on qatına qədər arta da bilər, əriyə də bilər. Bəs siz hansı ssenariyə inanırsınız?
Bu xəbəri necə dəyərləndirirsiniz?






